Necə işləyir

PosterON ilə SMM avtomatlaşdırma necə işləyir

Brenddən paylaşılmış posta qədər altı addım. Hər addımda qərarı siz verirsiniz — rutin işi sistem görür.

  1. 01

    Brendi qoşun

    Loqo, rənglər, şriftlər və səs tonu. Saytınızın və ya Instagram-ın linkini verin — PosterON brendin stilini oradan toplayır, siz isə düzəldirsiniz.

  2. 02

    Sosial şəbəkələri qoşun

    Instagram, Facebook, TikTok, LinkedIn, YouTube, Telegram və digərləri — cəmi 14 şəbəkə. Qoşulma platformaların rəsmi avtorizasiyası ilə gedir, parol vermirsiniz.

  3. 03

    Kontent təqvimini alın

    AI bir aylıq kontent planı qurur: mövzular, formatlar və paylaşım vaxtları. Mətnlər birbaşa Azərbaycan dilində yazılır, tərcümə edilmir.

  4. 04

    Postlar və videolar yaradılır

    Şəkil-postlar, karusellər, stories, səsləndirməli reels və AI-aparıcılı videolar — brendinizin rənglərində və loqosu ilə.

  5. 05

    Təsdiqləyin və ya avtopilotu qoşun

    Hər postu kabinetdə və ya Telegram-da təsdiqləyin. Ya da aylıq təqvimi bir dəfə təsdiqləyib avtopilotu qoşun. Təsdiqiniz olmadan heç nə çıxmır.

  6. 06

    Paylaşım və hesabatlar

    PosterON cədvəl üzrə paylaşır və nəticələri — bəyənmələr, şərhlər, əhatə — bir hesabatda göstərir.

Kimlər üçün

İlk ayın kontentini bu gün alın

Qeydiyyat bir neçə dəqiqə çəkir. Kart lazım deyil.